"Bunları dua edəcəm" - 10-cu dəfə həcc ziyarətinə gedən xalq artisti

31 May 2019 14:06 (UTC+04:00)

Xalq artisti Bilal Əliyev həcc ziyarətinə yola düşüb.

Sənətçi AzNews.az-a açıqlamasında bildirib ki, bu, onun həcc ziyarətinə 10-cu səfəridir:

“Bu dəqiqələrdə yola düşürəm. İki gün Mədinədə, iki gün isə Məkkədə olacam. 4 gündən sonra Azərbaycana qayıdacam. Dua edin ki, sağ-salamat qayıdaq”.

Bilal Əliyev həcc ziyarətində edəcəyi arzularını da açıqlayıb:

“Allah Azərbaycanı qorusun, prezidentimizin canını sağ eləsin, Qarabağımızı düşməndən xilas edək. Həcc ziyarətində bunları dua edəcəm”.

Bahar RÜSTƏMLİ

AzNews.az