Demet Akalından Ərdoğana şikayət məktubu

31 May 2019 16:44 (UTC+04:00)

Müğənni Demet Akalın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazacağını deyib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin prezidentə müraciət etməsinə səbəb bir ananın uşağına verdiyi işgəncə olub.

Belə ki, bir ana övladına dərman içirtmək istəyib. O isə bundan imtina edib, nəticədə ana uşağına işgəncə verib. Bu olay ifaçını özündən çıxarıb.

Uşaqların şiddət və istismara məruz qalmasını qəbul edə bilməyən Demet Akalın prezidentə məktub yazacağını bildirib.

Rəqsanə

AzNews.az