Xalq artistinin 70 illiyi yubileyi keçiriləcək

1 İyun 2019 09:52 (UTC+04:00)

Xalq artisti, “Şöhrət” ordenli, Akademik Musiqili Teatrının aktyoru İlham Namiq Kamalın 70 illik yubileyi keçiriləcək.

AzNews.az xəbər verir ki, iyunun 12-də baş tutacaq mərasimin ssenari müəllifi Qasım Səfəroğludur. Tədbirdə aktyorun bu günə kimi rol aldığı tamaşalardan fraqmentlər nümayiş olunacaq.

Yubiley gecəsinə həmçinin Musiqili Teatrın, Dram Teatrının, Opera və Balet Teatrının, Abdulla Şaiq adına Kukla Teatrının aktyorları dəvət olunub. Gecəni isə səbəbkar özü aparacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az