Məşhur futbolçu avtomobil qəzasında öldü

1 İyun 2019 15:35 (UTC+04:00)
"Report" xəbər verir ki, bu barədə onun sabiq klubu "Sevilya"nın rəsmi "Twitter" hesabında məlumat yayılıb. 35 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. Qeyd edək ki, Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya", iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub.