Azərbaycanlı rəssam dünyasını dəyişdi

3 İyun 2019 09:26 (UTC+04:00)

Qalib Bağırov uzun sürən xəstəlikdən sonra 74 yaşında ürək tutmasından həyatını itirib.

Əməkdar rəssam 1945-ci il may ayının 9-da Gəncə şəhərində anadan olub. Mərhum 1996-cı ildə Əzim Əzimzadə adına incəsənət, 1971-ci ildə Moskva Stroqnova adına incəsənət məktəblərini bitirib. O, 1996-cı ildə Gəncə Çökək Hamam Kompleksinin rəssamı kimi tanınıb. Bundan əlavə rəssam Azərbaycan Texnologiya Universitetində müxtəlif vəzifələrdə çalışıb. Ömrünün sonuna kimi Çini Qablar Zavodunun baş rəssamı olub.(ona.az)

AzNews.az