Azərin özbək müğənni ilə duet oxudu

3 May 2013 16:00 (UTC+04:00)
Əməkdar artist Azərinin "TRT-Azərinlə bir avaz" adlı verilişində maraqlı anlar yaşanıb. Verilişin özbəkstanlı qonağı Sirzodbek qəfildən ayağa qalxaraq, Azərin xanımla duet oxumaq istədiyini bildirib.

Azərin isə özbək müğənnisinin bu istəyinə müsbət reaksiya verib və onlar ələ-ələ verərək Azərbaycan xalq mahnısı olan "Laçınım"ı birgə ifa edib.

Xatırladaq ki, "Azərinlə bir avaz" verilişinin məqsədi türkdilli dövlətlər arasında ortaq mədəniyyəti tanıtmaq və təbliğ etməkdir.

Bahar Rüstəmli
AzNews.az