Xərçəngdən sağalan aparıcı başını qırxdıran Tünzalə Əliyevaya belə dəstək oldu
Bir müddət əvvəl xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı-vəkil Zülfiyyə Bayramova əməkdar artist Tünzalə Əliyevaya dəstək olub.
AzNews.az xəbər verir ki, Zülfiyyə Bayramova xərçəng xəstəliyi ilə mübarizə aparan Tünzalə Əliyevaya sosial şəbəkədə dəstək olub:
"Sənin nələr hiss etdiyini çox gözəl anlayıram. Bir söz var: "dərdi çəkən bilər". Amma inan ki, yaşadıqlarının hamısı bir yuxu kimi arxada qalacaq.
Sən yuxudan ayılacaqsan, sağlamlığına qovuşacaqsan və o anları yuxu kimi xatırlayacaqsan, inşallah. Bəzən "bütün bunları mənmi yaşadım" deyib təəccüblənəcəksən.
Hələ körpə Zəhranın əlindən tutub məktəbə aparanda bütün bu yaşadıqların tamamilə silinəcək. Saçların da gələcək, yaşananlara inad daha gur və qıvırcıq-qıvırcıq eyni mənim saçlarım kimi. Yetər ki, sən dilindən şükrü, üzündən təbbəssümü əskik etmə gözəl bacım. Səni sevirik və sağalmışam sözünü eşidək səndən. Allah böyükdür və sənə şəfa versin!".
Qeyd edək ki, Zülfiyyə Bayramova da xərçəng xəstəliyindən əziyyət çəkib və hazırda sağalıb.
Rəqsanə
AzNews.az