Vüsalə Mahirqızı APA-nın açılmasından danışdı - "ONA da fəaliyyətdə olacaq"

4 İyun 2019 09:47 (UTC+04:00)

Tanınmış jurnalist Vüsalə Mahirqızı APA-nın yenidən açılmasına aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, APA-ya özü rəhbərlik edəcək:

“ONA İnformasiya Agentliyinin indiki əməkdaşları fəaliyyətini bundan sonra APA-da davam etdirəcək. Amma eyni zamanda ONA da analtik informasiya kimi fəaliyyətdə olacaq. Rəhbərlik isə dəyişilməyib. Yəni APA-ya mən rəhbərlik edəcəm”.

Bahar RÜSTƏMLİ

AzNews.az