Beyonce bu dəfə azərbaycanlını seçdi

4 İyun 2019 11:59 (UTC+04:00)

Dünyaca məşhur amerikalı müğənni Beyonce Los Angelesdəki “Lion King Art Gala”ya azərbaycanlı modelyer "Rufat İsmayıl" imzalı bir ayaqqabı ilə qatılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beyonce İnstaqram hesabından paylaşdığı fotonun altına ayaqqabını Rufat İsmayılın “Power of Fire” kolleksiyasından seçdiyini yazıb.

Qeyd edək ki, ayaqqabının qiyməti 1250 dollardır.

Səidə Vahid

AzNews.az