Şəbnəm Tovuzludan ona söz atan Nigar Camala cavab

4 İyun 2019 11:51 (UTC+04:00)

Müğənni Nigar Camal həmkarı Şəbnəm Tovuzluya söz atıb.

Belə ki, Nigar Camal İnstagramda foto paylaşaraq "London Böyük Britaniyanın paytaxtıdır (ilk ingilis dərsi, bu, bir zarafatdır)” şərhini yazıb. İfaçı bu statusu ilə bir müddət əvvəl “Avropanın paytaxtı Amerikadır” deyən Şəbnəm Tovuzlunu lağa qoyub.

Şəbnəm Tovuzlu AzNews.az-a açıqlamasında bu məsələ ilə bağlı Nigar Camala cavab vermək istəmədiyini deyib: “Hazırda Türkiyədəm və bu məsələyə cavab vermək istəmirəm”.

Rəqsanə

AzNews.az