“ABŞ qoşunları Suriyaya yeridilməyəcək“

4 May 2013 07:10 (UTC+04:00)


"ABŞ qoşunlarının Suriyaya yeridilməsini tələb edən ssenari yoxdur", deyə Kosta-Rikada səfərdə olan Obama bəyan edib.

O qeyd edib ki, ABŞ Suriya hakimiyyəti tərəfindən öz vətəndaşlarına qarşı kimyəvi silah işlədilməsini araşdırmaq üçün Dəməşqə təzyiq göstərməyə davam edəcək. Eyni zamanda Obama bu məsələyə ölçülüb-biçilmiş yanaşacağına söz verib. "Biz tamamilə əmin olmadıqca, hərəkət etməyəcəyik", deyə Obama bildirib.

AzNews.az