Zəhra necə tapıldı? - Oğurlanan qız haqqında ŞOK MƏLUMATLAR - FOTO - VİDEO

6 İyun 2019 16:40 (UTC+04:00)

İki gün əvvəl evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılaraq ailəsinə verilib.

3 yaşlı Zəhranın atası Rəsul Bağırzadə açıqlamasında polis əməkdaşlarına minnətdarlığını bildirib.

Ata qızının tapılmasında zəhməti olanlardan halallıq istəyib: “Bayram günü Allah balamı mənə qaytardı. Qızımın tapılmasında kimin əziyyəti varsa, halal etsin. Azərbaycan polisinə yüz faiz güvənmək olar. Eləcə də, mətbuat işçiləri çox əziyyət çəkdilər”.

R. Bağırzadə Zəhranı polis əməkdaşlarının tapdığını deyib: "Çox güman ki, qaraçılar qaçırıb uşağı. Hazırda istintaq gedir. Nəticə barədə məlumat veriləcək”.

Uşağın anası Cəmilə Bağırzadə də hamıya təşəkkür edib: “Allah hamıdan razı olsun. Allahıma min şükürlər olsun ki, balam tapıldı”.

3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadının kimliyi də məlum olub.

3 yaşlı Zəhranı qaçıran qadının kimliyi məlum olub - YENİLƏNİB - FOTO
Həmin şəxs Masallı rayon sakini Təzəgül Nəzərovadır.

O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.

Zəhra qadından alınaraq ailəsinə verilib.

Hazırda o, polis bölməsində dindirilir və digər istintaq hərəkətləri aparılır.

Faktla bağlı araşdırma davam etdirilir. (APA)

AzNews.az