Azərbaycanda ilk: ayaqqabı dəfiləsi keçirildi - FOTO

7 İyun 2019 13:06 (UTC+04:00)

Poppy Gallery 10 illiyi ilə bağlı ölkəmizdə ilk dəfə ayaqqabı dəfiləsi təşkil edib.

AzNews.az xəbər verir ki, artıq 10-cu ildir ki, fəaliyyətdə olan Poppy Gallery zövqlü aksesuar çeşidləri ilə hər zaman dəb sevərlərin seçimidir.

Yubiley ilə bağlı 17 may tarixində Əhmədli filialında keçirilən möhtəşəm dəfilədə gündəlik, biznes, gecə, idman kimi üslublarda geyimlərlə Poppy Gallery ayaqqabılarının kombinləri nümayiş olunub.

Dəfilədə məşhur modelyer Nərgiz Şahbazi də iştirak edərək, öz dəyərli fikirlərini izləyicilərlə bölüşüb.

Tədbirdə çıxış edən estradamızın sevilən ulduzları yubileyin dinamik keçməsinə öz töhfələrini verib.

Nəzərinizə çatdıraq ki, hal-hazırda Poppy Gallery-də davam edən 1+1 kampaniyası ilə istənilən 1 məhsul alan şəxsə 1 məhsul da hədiyyə olunur.

Bu şansı qaçırmayın və qarderobunuzu sevimli markanız Poppy-nin ayaqqabı, çanta və digər aksesuarları ilə zənginləşdirməyə tələsin.

AzNews.az