"Zəhranı oğurlayanlara ən ağır cəza verilməlidir"

7 İyun 2019 14:16 (UTC+04:00)

“3 yaşlı Zəhranı oğurlayanlara ən ağır cəza verilməlidir”.

AzNews.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı Zəhra Bağırzadənin oğurlanaraq dilənçiliyə cəlb edilməsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, hüquq mühafizə orqanları uşaq oğurluğu ilə məşğul olanlara qarşı ciddi tədbirlər həyata keçirməlidir.

Niyaməddin Orduxanlı Zəhranın tez bir zamanda tapılmasına görə daxili işlər naziri, general-polkovnik Ramil Usubova təşəkkürünü bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az