Dünyanın ən gözəl qızı indi necə görsənir - VİDEO+FOTO

7 İyun 2019 17:46 (UTC+04:00)

2001-ci ildə anadan olan Tilan Blondo fransız modeli və aktrisasıdır.

Artıq dörd yaşında o, Jean Paul Gaultier-da gözə dəyib və altı yaşında Vogue-nun üz qapağında görünüb. 6 yaşlı körpə dünyanın ən yüksək ödənişli modeli kimi tanınıb.

Image result for Thylane Blondeau

Qız futbolçu Patrik Blondonun və televiziya aparıcısı Veronika Lyubrinin ailəsində anadan olub.

“İndi anam dizayn sahəsinə keçib və gələcək analar üçün paltar üzərində işləyir”. Tilan belə deyir.

2011-ci ildə Tilan Blondo səs-küylü qalmaqalın mərkəzində olub. Vogue jurnalı 10 yaşlı qızı yetkin bir qadın obrazında ayaqqabılar və parlaq makiyaj ilə təqdim edib.

Image result for Thylane Blondeau

Jurnalın rəhbərlərini bu addımlarına görə tənqid ediblər.

Qalmaqal Tilanı daha da populyarlaşdırıb və o vaxtdan bəri bütün dünya onu tanıyır. Bir neçə il ərzində Tilan Lacoste, Hugo Boss, Ralph Lauren, Chanel və ən azı on digər markanın simasına çevrilib.

2014-cü ildə fransız xanım "Bell və Sebastyan" filminin yaradıcılarından dəvət alıb. Tilan 2015-ci ildə Gabriel rolunda çəkilib.

Image result for Thylane Blondeau

Modelin boyu 168 sm, çəkisi 58 kq-dır. Artıq onu hər yerdə görmək olar: Populyar şoularda, kino zallarının ön sıralarında.

Hazırda Tilanın 18 yaşı var. O, dünyanın ən yüksək ödənişli modellərindən biri sayılır.

Image result for Thylane Blondeau

Babək Göyüş

AzNews.az