Qızılın qiyməti qalxdı

7 İyun 2019 23:10 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

İyunun 7-də qızılın qiyməti iyunun 4-ü ilə müqayisədə 16,677 manat artaraq 1 unsiya üçün 2265,93 manat təşkil edib.

Gümüş 0,2399 manat bahalaşaraq 1 unsiya üçün 25,303 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 25,211 manat azalaraq 1368,4065 manat, palladiumun qiyməti isə 46,886 manat artaraq 2299,947 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.(trend.az)

AzNews.az