Müşfiq Əmirova ağır itki

8 İyun 2019 12:36 (UTC+04:00)

Tanınmış jurnalist, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Müşfiq Əmirova ağır itki üz verib.

Onun atası 75 yaşlı Vaqif Əmirov səhər saatlarında dünyasını dəyişib.

Jurnalist AzNews.az-a açıqlamasında mərhumun xəstə olduğunu deyib.

O, dəfn mərasiminin Yasamal qəbristanlığında olacağını bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az