Evə adam buraxarkən ehtiyatlı olun
4 May 2013 09:30 (UTC+04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 23-də M.Hadi küçəsində yaşayan Zülfiyyə Ağayeva 36-cı PB-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 19-da və 22-də Röyal adlı tanışı onu evində döyüb bıçaqla hədələyərək qızl-zinət əşyaları və 2800 manatını alıb.
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Saatlı rayon sakini Röyal Məmmədov mayın 3-də yaxalanıb.
AzNews.az