Merkeldən kişilər haqqında açıqlama

4 May 2013 10:35 (UTC+04:00)


O, ilk dəfə olaraq şəxsi həyatına aid sualları cavabsız qoymayıb. Almaniya kansleri çiyinlərini sallayaraq, dodaqlarını bükərək və əllərini birləşdirərək özünəməxsus "Merkel bədən dili" ilə bütün sualları cavablandırıb.

Merkel "kişilərdə ən çox nəyi daha cəlbedici hesab edirsiniz?" sualına belə cavab verib: "Gözəl gözlər". Lakin müxbirin təkidlərinə baxmayaraq bundan artıq təfərrüatlara varmayıb və "kifayət qədər danışdım" deməklə kifayətlənib.

O, müsahibə zamanı bəyənmədiyi xüsusiyyətlərindən də danışıb: "Öz səsimi bəyənmirəm. Çox ciyiltili səslənir. Bundan başqa, məsələn, baş nazir olaraq ayaqqabım silinmədən şəkil çəkdirməyi sevmirəm. Amma mətbəxdə olarkən baş nazir olduğumu da unudan bir qadınam".

AzNews.az