"İslandiyaya qarşı sərt addımlar atacağıq" - Çavuşoğludan futbol açıqlaması

10 İyun 2019 09:33 (UTC+04:00)

“Futbol yığmamızın İslandiyanın hava limanında məruz qaldığı davranış qəbul olunmazdır”.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib:

“Sərt addımlar atacağımızdan millətimizin şübhəsi olmasın”.

Xatırladaq ki, Türkiyə yığmasının oyunçuları İslandiyanın Keflavik hava limanında ölkəyə giriş zamanı səlahiyyətlilər tərəfindən təxminən 2 saat gözlədilib. Oyunçuların özəl əşyalarının detallı yoxlanıldığı və pasport nəzarətində uzun müddət qaldıqları öyrənilib.

Pərvanə Ağazadə

AzNews.az