Zaur Darğallı bu gündən səlahiyyətlərinin icrasına başlayır

10 İyun 2019 10:07 (UTC+04:00)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun yeni seçilmiş icra başçısı Zaur Darğallı bu gündən vəzifə səlahiyyətlərinin icrasına başlayır.

Rayon rəhbəri Marneuli rayon bələdiyyəsinin kollektivinə təqdim olunacaq.

Xatırladaq ki, Marneulidə icra başçısı vəzifəsinə seçkilər mayın 19-da keçirilib.

Z. Darğallı 78,6% səs toplayaraq seçkilərdə qələbə qazanıb.(report.az)

AzNews.az