Günay İbrahimlini belə görməmisiniz - FOTO

10 İyun 2019 10:59 (UTC+04:00)

Müğənni Günay İbrahimli bu ilin yay mövsümü ilə bağlı ilk fotosessiyasını təqdim edib.

AzNews.az xəbər verir ki, o, üç obrazda kamera qarşısına keçib.

Günay İbrahimli bu layihədə 2019-cu ilin trendini öz üzərində cəmləşdirdiyini deyib: “Fotosessiyaya önəm verən müğənnilərdən biri mənəm. Hər mövsüm çalışıram ki, fərqli obrazlarla tamaşaçıların qarşısına çıxım. Düşünürəm ki, bu dəfə də qeyri-adi bir obrazda kamera qarşısına keçmişəm. Bu obraz dünyada trenddir. Belə ki, bu, rəngli makiyaj və bir-birinə zidd geyimlərin ahəngidir. Makiyajı Lamiyə Ağababayeva, saçlarımı isə Aygün Məmmədova edib”.

Qeyd edək ki, Bakıda lentə alınan fotoların müəllifi Toğrul Qurbanovdur.

Rəqsanə

AzNews.az