"İcazə verin, bu vətən övladları..." - Şahan Gökbakar siyasətçilərə səsləndi

10 İyun 2019 12:39 (UTC+04:00)

Türkiyənin tanınmış komediya aktyoru Şahan Gökbakar siyasətçilərə müraciət edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Türkiyənin futbol yığmasının Fransanın milli komandasına qalib gəlməsi haqqında İnstagramda bu sözləri yazıb:

“Bizim uşaqlar ay ulduzlu bayrağımızı qaldırdılar. Siyasətçilər, artıq milləti bir-birinə düşmən etməyi buraxın. İcazə verin, bu vətən övladları hər sahədə qələbə qazansın”.

Rəqsanə

AzNews.az