Zülfiyyə Xanbabayeva Nərgiz Cəlilova haqqında nələr dedi?

10 İyun 2019 15:23 (UTC+04:00)

Xalq artisti Zülfiyyə Xanbabayeva ad gününü qeyd edən televiziya aparıcısı Nərgiz Cəlilovanı təbrik edib.

AzNews.az xəbər verir ki, o, sosial şəbəkədə Nərgiz Cəlilova haqqında bu sözləri yazıb: “Sənətimdə, həyatımda, ürəyimdə çox önəmli yeri olan Nərgiz Cəlilova. İnsanların dəyərini bilən, həyatın hər bir çətinliklərinə təbəssümü ilə güc gələn, zərif, müdrik və güclü qadın - bizim mehriban Nərgizimiz səni ürəkdən təbrik edirəm! Səni çox sevirəm! Ad günün mübarək!”.

Qeyd edək ki, Nərgiz Cəlilovanın 59 yaşı tamam olur.

Rəqsanə

AzNews.az