Paltardan 1 kisə qızıl çıxdı

4 May 2013 13:07 (UTC+04:00)



Türkiyədə yoxsullara verilmək üçün muxatrlığa (İcra nümayəndəliyi) verilən istifadə olunmuş paltarın cibindən 1 kisə qızıl çıxıb. Hadisə İstanbul şəhəri, Baxçalıevlər rayonu Şirinevlər mhəlləsində baş verib. Muxtar Qalib Karayiğit məhəllədə həmrəyliyik olması üçün sakinlərin istifadə etmədiyi əşyaları toplayaraq bələdiyyənin "Ailə Dəstək" fonduna verdiklərini, burdan isə ehtiyacı olan yoxsullara çatdırıldığını deyib.

Bağışlanan paltarların arasından bir kisə qızıl tapdıqlarını deyən muxtar hazırda qızılın sahibini axtardıqlarını bildirib. Muxtar qızılın dəyərinin təxminən 10 000 lirəyə (4 400 manat) yaxın olduğunu deyib. Pis niyyətli insanların bu vəziyyətdən sui-istifadsə etməsinin qarşısını almaq istədiklərini deyən muxtar bildirib ki, sadəcə qızıl sahibinin cavab verəcəyi suallar hazırlayıblar. (anspress)

AzNews.az