Rusiyada 100 ailə Kanadanın Baş nazirindən sığınacaq istədi - VİDEO

10 İyun 2019 17:44 (UTC+04:00)

Kemerevo vilayətində yerləşən Kiselevsk şəhərinin sakinləri Kanadanın Baş naziri Castin Trüdoya və BMT-nin baş katibi Antonio Guterresə video müraciət edərək Kanadada sığınacaq almaq üçün xahiş ediblər.

Image result for kanada baş nazir

Castin Trüdo

Image result for BMT-nin baş katibi

Antonio Guterres

AzNews.az xəbər verir ki, bu video yazı artıq YouTube-da yerləşdirilib.

Sakinlərin sözlərinə görə, regionun ekoloji vəziyyəti heç də ürəkaçan deyil.

Image result for ЖитеÐ

Onlar şəhərdə açıq kömür mədənindən və onkologiya xəstəliyinin çoxalmasından şikayətləniblər.

Image result for ЖитеÐ

Sakinlər vurğulayıblar ki, 100-ə yaxın ailə istənilən an Kanadaya və Rusiyanın yaşamaq üçün sərfəli olan digər bölgəsinə köçməyə hazırdır.

Buna cavab olaraq, regionun rəhbəri Sergey Sivilev şəhərlilərə dəstək verəcəyini vəd edib.

Image result for гÐ

O, öz müavinlərinə videomüraciətin təşəbbüskarları ilə görüşməyi, onların iddialarını dinləməyi və problemlərin həlli ilə bağlı tədbirləri müəyyənləşdirməyi tapşırıb.

Babək Göyüş

AzNews.az