Türkiyədən İslandiyaya cavab

10 İyun 2019 21:35 (UTC+04:00)

Notaya səbəb futbol üzrə Avro-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya millisi ilə qarşılaşma üçün bu ölkəyə səfər edən Türkiyə millisinə qarşı hava limanında nümayiş edilən xoşəgəlməz rəftar göstərilib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun məsələni islandiyalı həmkarı ilə müzakirə edəcəyi bildirilib.

Qeyd edək ki, İslandiyaya səfər edən Türkiyə millisi futbolçularının aeroportda 3 saat saxlanması, bütün əşyaların yoxlanması və onların hər birinə ayrı-ayrılıqda “gəliş səbəbi” barədə suallar verilməsi ciddi narazılıq yaradıb.

***

İslandiyanın bizdən üzr istəməsini gözləyirik.

Bu sözləri AKP-nin millət vəkili Yavuz Subaşı deyib.

O bildirib ki, hava limanında yaşananlar nə idman prinsiplərinə, nə insanlığa, nə də centlmenliyə uyğundur.

Türkiyə millisinin keçmiş oyunçusu Alpay Özalan da məsələ ilə bağlı bunları deyib: "Lazımi cavabı yoldaşlarımız meydanda verəcək. Sakit olub, işimizi görmək bizim birinci dərəcəli vəzifəmizdir".

***

Türkiyə milli komandası iddia edildiyi kimi, hava limanında 3 saat deyil, 80 dəqiqə gözlədilib.

Bu sözlər İslandiya hava limanını idarə edən "İsavia" adlı qurum tərəfindən verilən açıqlamada bildirilib.

Qeyd edilir ki, Türkiyə Avropa Birliyinin üzvü olmadığı üçün təhlükəsizliklə bağlı axtarış aparmaq məcburiyyətində qalıblar:

"Normadan artıq axtarışın səbəbi isə Türkiyə millisinə aid çantalarda çoxlu maye və elektronik əşyaların olması olub".(axar.az)

AzNews.az