Miqrasiya ölkənin iqtisadiyyatına müsbət təsir göstərə bilər

10 İyun 2019 22:42 (UTC+04:00)

Miqrasiya effektli idarəçilikdə miqrant və qaçqınların yaşadığı ölkənin iqtisadiyyatına müsbət təsir göstərə bilər.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay Cenevrə şəhərində keçirilən 108-ci Beynəlxalq Əmək konfransının açılışında deyib.

“Miqrantlar yaşadıqları ölkənin iqtisadiyyatına vacib yatırım edirlər, amma miqrant və qaçqınların rastlaşdığı stereotiplər, ksenofobiya və diskrinimasiya onsuz da pis olan vəziyyəti daha da pis edir. Onu effektli idarə etdikdə, miqrasiya miqrant və onları qəbul edən ölkələr üçün qarşılıqlı faydalı situasiya yarada bilər”, - Oqtay bildirib.

Onun sözlərinə görə, hakimiyyətlər miqrantlar üçün lazımı şərait yaratmalı və onlara olan neqativ münasibətlə mübarizə aparmalıdır.(qafqazinfo.az)

AzNews.az