13 yaşından kiçik uşaqlara təcavüz edənlər axtalanacaq - Qanun qüvvəyə mindi

11 İyun 2019 10:24 (UTC+04:00)

ABŞ-ın Alabama ştatında 13 yaşından kiçik uşaqları cinsi istimar edib həbs olunan şəxslərlə bağlı qanun layihəsi təsdiq edilib.

AzNews.az xəbər verir ki, Alabama qubernatoru Key Ayvey 13 yaşından kiçik uşaqları cinsi istismar edib həbs olunan şəxslərin sərbəst buraxılmazdan 1 ay əvvəl kimyəvi üsullarla axtalanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Image result for Kay Ä°vey

“Bu qanun layihəsi Alabamadakı uşaqların qorunması üçün atılan addımdır”, - deyə Ayvey bildirib.

Qanuna əsasən kimyəvi axtalanma xərclərini də məhkum özü ödəməlidir.

Pərvanə Ağazadə

AzNews.az