Latviya Azərbaycandakı səfirini dəyişir

11 İyun 2019 10:16 (UTC+04:00)

Latviya Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini dəyişəcək.

Bu barədə Latviyanın "Diena" nəşri xəbər verir.

Bildirilir ki, Riqa ümumilikdə 9 ölkədəki səfirlərini dəyişəcək.

Xatırladaq ki, 2015-ci ildən Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovsdur.(report.az)

AzNews.az