Kəmaləddin Heydərov görüş vaxtını dəyişdi

11 İyun 2019 10:37 (UTC+04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəki, Zaqatala və Balakən rayonlarında sakinlərlə təyin edilən görüşün vaxtını dəyişib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, iyunun 14-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şəki şəhərində, nazirin birinci müavini Rəfail Mirzəyev tərəfindən Balakən şəhərində və nazir müavini Etibar Mirzəyev tərəfindən Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.

Qəbul barədə əlavə məlumat veriləcək.

AzNews.az