"Hər iki namizədin razılığı olmalıdır" - Məşhur teleaparıcıdan debat şərhi

11 İyun 2019 11:37 (UTC+04:00)

CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP namizədi Binali Yıldırım arasında debatın moderatorluğunu etməsi planlaşdırılan İsmail Küçükkaya bunun üçün iki şərt qoyub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistin özü "Fox TV"-yə danışarkən verib.

Image result for imamoglu yıldırım

“Mənə bu təklif ediləndə "Bir-iki şərtim olacaq" dedim. Namizədlərdən hər ikisi bu proqramda mənim aparıcılıq etməyimi istəməli, təmsil olunduqları partiyalar da bunu təsdiqləməlidir. Şərtlər qəbul edilərsə, onda bu işi yerinə yetirərəm”.

Qeyd edək ki, Əkrəm İmamoğlu və Binali Yıldırım arasında debat bazar günü baş tutacaq.

Pərvanə Ağazadə

AzNews.az