23 yaşlı gənc kafedə bıçaqlandı

11 İyun 2019 11:42 (UTC+04:00)

Hadisə dünən gecə saatlarında baş verib.

Cəlilabad rayon sakini, 1996-ci il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlu kafedə bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata görə, F.Cəfərov mübahisədə olduğu başqa şəxslərlə söhbət etmək üçün kafeyə gedibmiş.

Orada dava zamanı bıçaqlanıb.(qafqazinfo.az)

AzNews.az