Mourinyo özünə yeni iş tapdı

11 İyun 2019 13:58 (UTC+04:00)

İngiltərənin “Mençester Yunayted” klubu ilə yollarını ayıran portuqal baş məşqçi Joze Mourinyo özünə yeni iş tapıb.

“Nyukasl Yunayted”i 350 milyon sterlinqə satın alan Şeyx bun Zayed əl-Nəhayan klubun başına Mourinyonu gətirmək istəyir.

“The Mirror”da yer alan xəbərə görə, portuqal futbol mütəxəssisi keçən il Premyer Liqanı 13-cü sırada bitirən “Nyukasl Yunayted”lə razılaşıb.

İspan futbol mütəxəssisi Rafael Benitezlə yola davam etmək istəməyən klub yeni baş məşqçi ilə mundialdakı mübarizəsini davam etdirəcək.(teleqraf.com)

AzNews.az