Rəşad Sadıqovdan milliyə dəstək

11 İyun 2019 15:41 (UTC+04:00)

Millimizin sabiq kapitanı Rəşad Sadıqov AÇ-2020-nin seçmə mərhələsində Slovakiya ilə oyun öncəsi yığmamıza dəstək verib.

O, özünün “İnstaqram” hesabında bu barədə paylaşım edib.

Sadıqov milli komandanın fotosunu paylaşaraq “Birlik-bərabərlik günü. Zəfər bizim olacaq” sözlərini yazıb.

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü bu gün saat 20:00-da başlayacaq.(qafqazinfo.az)

AzNews.az