Çin səddindən sonra ikinci ən böyük sədd Azərbaycandadır - VİDEO

11 İyun 2019 15:55 (UTC+04:00)

IV-VI əsrlərdə Sasani hökmdarları tərəfində müdafiə məqsədilə tikilən qala uzun illərdir təbii fəlakətlər nəticəsində dağılmağa məruz qalıb.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən dördü salamat qalıb. Baş qüllə hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalır.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Yaxın günlərdə ərazidə təmir işlərinə başlanılması planlaşdırılır.(oxu.az)