Antalyada hotel yandı - Turistlər təxliyyə edildi

11 İyun 2019 17:37 (UTC+04:00)

Yanğın Kəmərdəki hoteldə qeydə alınıb.

Məlumata görə, yanğın hotelin SPA mərkəzində başlayıb.

Yanğından dərhal sonra hoteldən 100-dən artıq turist təxliyyə edilib.

Xəsarət alanın olmadığı bildirilir.

Bununla belə əcnəbi turistlərin təşviş keçirdikləri qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum deyil.(trend.az)

AzNews.az