Avtomobil at arabasına çırpıldı- VİDEO

11 İyun 2019 19:22 (UTC+04:00)

Qəza bazar ertəsi axşam saat 19:35 radələrində “Tsivilsk-Ulyanosk” yolunun 71-ci kilometrliyində qeydə alınıb. Belə ki, “VAZ” markalı avtomobilin sürücüsü yüksək sürətlə at arabasına çırpılıb.

Nəticədə arabadakı iki sərnişin ölüb, avtomobil sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. At ciddi xəsarət almayıb.

Faktla bağlı cinayət işi açılıb.

Sözügedən hadisənin videogörüntüləri “MDK” Teleqram-kanalında yayımlanıb.(qafqazinfo.az)

AzNews.az