Çıraqqala abidəsi yaxın vaxtlarda təmir ediləcək

11 İyun 2019 20:20 (UTC+04:00)

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən dördü salamat qalıb. Baş qüllə hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalır.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Yaxın günlərdə ərazidə təmir işlərinə başlanılması planlaşdırılır.(axar.az)

AzNews.az