Çökən binanın mühəndisi məhkəməyə çıxarıldı

4 May 2013 16:32 (UTC+04:00)


Mühəndis Abdur Razzak Xan "Rəna Plaza"nın son 3 mərtəbəsinin qeyri-qanuni olaraq əlavə edildiyi dövrdə binanın sahibi Məhəmməd Sahil Rənanın məsləhətçisi işləyib. Polisin məlumatına görə, bina sahibi aprelin 23-də binada çatlar əmələ gələndə binada yoxlamalar aparmaq üçün Abdur Razzak Xanı çağırıb. Sonuncu isə bir müddət əvvəl yerli telekanallardan birində bildirmişdi ki, binada çatları görən kimi binanın sahibinə işçilərin evakuasiya olunmalı olduğunu deyib.

"Mühəndis Abdur Razzak Xanı Dəkkənin Baş Məhkəməsinə çıxarılıb və 7 gün müddətinə cinayət prosedurları məhkəməsinin nəzarəti altında qalacaq. Dəkkənin baş prokuroru onun 4 gün müddətində sorğu-sual edilməsinə qərar verib." - prokuror Anvarul Kabir belə deyib.

Mühəndis iddia edir ki, rəsmi dairələrə də binanın evakuasiya edilməli olduğunu deyib, lakin şahidlərin sözlərinə görə, binanın sahibi işçilərə heç bir problemin olmadığını bildirib və binaya daxil olmaqlarına göstəriş verib. Bir neçə saat sonra isə bina çöküb. Binanın sahibini 7 ilədək həbs cəzası gözləyə bilər.

Bu arada, dağıntılar arasında axtarış işləri davam etdirilir. İndiyədək 500-dən çox adamın meyidi çıxarılıb, daha 60 nəfərin də dağıntılar altında qaldığı ehtimal edilir. Uçqun qurbanlarının dəfninə də başlanılıb.

AzNews.az