Neft borusunda partlayış

11 İyun 2019 23:16 (UTC+04:00)

Yəmənin Şabva vilayətindəki neft borusunda silahlılar tərəfindən partlayış törədilib.

Məlumata əsasən, silahlılar Şabva vilayətinin cənub-şərqində yerləşən Radum şəhərinin yaxınlığında neft nəqli boru kəmərini partladıblar.

Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri boru kəmərinin partlayışını törədən silahlıları təqib etmək üçün tədbirlər görür.(trend.az)

AzNews.az