Qazaxıstanın yeni prezidenti Tokayevin andiçmə mərasimi keçirilir

12 İyun 2019 09:02 (UTC+04:00)

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilir.

“TASS” agentliyinə istinadən verilən xəbərə görə, mərasim Nur-Sultandakı Müstəqillik Sarayında baş tutub.

Bildirilir ki, Tokayev artıq saraya daxil olub və onun Qazaxıstan xalqı qarşısında and içəcəyi gözlənilir. (APA)