Bu gün Sumqayıtın əksər ərazisində qaz olmayacaq

12 İyun 2019 09:10 (UTC+04:00)

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, Sülh küçəsində yeni çəkilmiş polietilen qaz kəmərinin işlək qaz kəmərinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında fasilə yaranacaq.

Belə ki, bu gün səhər saat 9:00-dan 17:00-dək şəhərin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 45-ci məhəllələrində, 1, 5, 6-cı mikrorayonlarında, “Betonzavod” ərazisi və “İnşaatçılar” qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri yekunlaşdıqdan sonra təbii qazın verilişi təmin ediləcək.