Fransa həbsxanasında girov götürülən gözətçilər azad edilib - YENİLƏNİB

12 İyun 2019 09:12 (UTC+04:00)

Fransanın Orn departamentinin Konde-sür-Sart şəhər həbsxanasında dustağın girov götürdüyü gözətçilər azad olunub.

“TASS” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə “BFM TV” məlumat yayıb.

Bildirilir ki, bıçaqla silahlanmış dustaq iki gözətçini girov götürübmüş. Onlardan biri təcrübəçi olub. Hər iki girov artıq azad olunub. Məlumata görə, məhbus başqa bir həbsxanaya köçürülməsini tələb edirmiş. Hazırda o, nəzarət altına alınıb. Psixi pozuntuları olan həmin şəxsin əvvəllər də nəzarətçilərə hücum etdiyi deyilir.

Saat 23:53

Fransada məhbus gözətçilərə hücum edib.

Bu barədə “BFM TV” məlumat yayıb.

Bildirilir ki, uzunmüddətli cəza çəkən dustaq həbsxananın müfəttişlərini girov götürüb.

İnsident Fransanın Orn departamentinin Konde-sür-Sart həbsxanasında qeydə alınıb. (APA)