Bakıda “BMW” ağaca çırpıldı - Bir nəfər öldü

12 İyun 2019 09:31 (UTC+04:00)

Bakıda “BMW” ağaca çırpılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlu dünyasını dəyişib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri Əsədağa Rəcəbovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az