Türkiyədə PKK terrorçuları ilə atışma - 4 hərbçi yaralandı

12 İyun 2019 09:38 (UTC+04:00)

Türkiyə təhlükəsizlik qüvvələrinın Tunceli bölgəsində antiterror əməliyyatı keçirən hərbçiləri PKK terrorçuları ilə üz-üzə gəliblər.

Yerli KİV-lərə istinadla xəbər verir ki, terrorçular hərbçilərin “təslim ol” çağırışına məhəl qoymadan atəşə başlayıblar. Nəticədə 4 hərbçi yaralanıb. Onlar Tunceli dövlət xəstəxanasına yerləşdiriliblər.

Bölgədə antiterror əməliyyatı genişləndirilib.