Bakıda beynəlxalq tədbir keçirilir - 91 ölkənin gömrükçüləri bir arada

12 İyun 2019 09:41 (UTC+04:00)

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları 3 günlük Konfransı və Sərgisi (WCO IT/TI Conference & Exhibition) işə başlayıb.

“Smart sərhədlər üçün yeni texnologiyalar” şüarı altında keçiriləm tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan edilib.

Məktubu baş nazir Novruz Məmmədov oxuyub. Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya kommunikasiya texnologiyaların tətbiq olunması sahəsində bir çox işlər görülüb. O, bu tir konfrans və sərgilərin keçirilməsini alqışlayır və onların əməkdaşlığa töhfələr verəcəyinə əmindir. (Report)