"Dərslər sentyabrın 1-də başlamalıdır" - Təhsil ekspertindən təklif

12 İyun 2019 11:38 (UTC+04:00)

Ali və orta təhsil müəssisələrində dərslər sentyabrın 1-də başlamalıdır.

AzNews.az xəbər verir ki, belə təkliflə təhsil eksperti Etibar Əliyev çıxış edib.

Image result for təhsil eksperti Etibar Əliyev

O, qeyd edib ki, ali və orta təhsil müəssisələrində dərslərin sentyabrın ayının 15- də başlaması özünü doğrultmur:

“Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. Arada iki həftə itirilir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabr "Bilik günü" assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də-sakura çiçək açanda başlayır. Onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib”.

Etibar Əliyev təhsil sistemində 15 sentyabrın seçilməsində çox böyük yanlışlığa yol verildiyini vurğulayıb: “Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü"nə assosiasiya olunurdu və bu tarix simvola çevrilmişdi.”

Bahar RÜSTƏMLİ

AzNews.az