Qazaxıstanda sosial şəbəkələrə giriş yenə bağlandı

12 İyun 2019 13:12 (UTC+04:00)

Bu gün Qazaxıstanda Facebook, Instagram, WhatsApр, YouTube və Telegrama giriş məhdudlaşdırılıb.

“İnterfaks”ın verdiyi xəbərə görə, sosial şəbəkələrə girişdə problem dünən axşam saatlarından başlayıb və hələ də davam edir.

Qeyd edək ki, bu, Qazaxıstanda son aylarda baş verən ilk hadisə deyil, ölkədə müntəzəm olaraq sosial şəbəkələrə giriş bloklanır. Sonuncu dəfə mayın 9-da da internet-provayderlər sosial şəbəkələrə girişə blok qoymuşdular.(qafqazinfo.az)

AzNews.az