Əfqanıstanda daha bir “səhv” - 5 hərbçi öldü

12 İyun 2019 13:32 (UTC+04:00)

Əfqanıstanın şimal-şərqindəki Qunduz əyalətində hərbi bazaya səhvən endirilən aviasiya zərbəsi nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı beş əməkdaşı həlak olub, yeddi nəfər isə yaralanıb.

Sinxua informasiya agentliyi xəbər verir ki, İmam-Sahib qəzasında yerləşən hərbi bazaya hava zərbəsi yerli vaxtla saat 02:00-da endirilib. Bu, hökumət qüvvələrinin və onların müttəfiqlərinin əfqan hərbçiləri və dinc sakinlərin ölümü ilə nəticələnən ilk səhv zərbəsi deyil.

Əfqanıstan hakimiyyətinin rəsmi nümayəndəsi hərbi bazaya hücum edən təyyarələrin hökumət qüvvələrinə, yaxud ABŞ-ın başçılıq etdiyi koalisiyaya aid olması sualına cavab verməkdən imtina edib.(AZƏRTAC)

AzNews.az